YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurların zirvəsində tarixi Zəfər dayanır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Beyləqan rayonunun Tatalılar və Eyvazalılar kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Etibar İmanov, Tahir Abdullayev, Əlikərəm Allahyarov, Nizami Bayramov, Niyaməddin Əsgərov, şəhid ataları İsrafıl Salmanov, Əmiraslan Məmmədov, Qazilər Hafiz Hacıyev, İlqar Mehdiyev və başqaları çıxış ediblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Natiqlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində həmçinin rayonun Eyvazalılar kəndində şəhid ailəsi ziyarət olunub.