YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderə sevgi sonsuzdur

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmış Xocalı rayonundan olan seçicilərlə  görüş  keçirilib.

Görüşdə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılacaq: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda, eyni zamanda Xocalıda ucaltmaqla arzularımızı çin etdi. Xocalılar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.

Seçicilər də fikirlərini ifadə edərək fevralın 7-də seçimlərinin cənab İlham Əliyev olacağını vurğulayıblar.

Qeyd edək ki, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev qəsəbədə seçicilərlə fərdi görüşlər keçirib, Xocalı rayonundan olan şəhid ailəsinin üzvü Ceyran Əzizovanı ziyarət edib.