YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Biləsuvar şəhərində şəhid ailələri və sakinlərlə  fərdi görüşlər keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvləri Zakir Şahbazov, Qənbərəli Bağırov və Nailə Mehdiyeva çıxış ediblər. Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir.