YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider növbəti dəfə möhtəşəm qələbə qazanacaq

Masallı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Masallı rayonunun  Musaküçə və Lürən kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupu üzvlərindən Qardaş Fətullayev, Aytən Əliyeva, Nahid Rəhimov seçicilərdən Gülpaşa Kərimov, Ələkbər Dadaşov, Surəddin Qulamov, Balakərim Yaqubov və Fəridə Babayeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanın müstəqillik dövrünün ən parlaq, möhtəşəm illəri kimi yaddaşlarda əbədi qalacaq son 20 ildə respublikamız bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib və öz müstəqilliyini inamla möhkəmləndirib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanacağına inandıqlarını bildiriblər.