YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustan rayonunda növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Qobustan rayonunun Cəmcəmli kəndində yaşayan seçicilərlə  fərdi görüşlər keçirilib.

Görüşlərdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər. Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yaranmasından bəhs edən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də gələcək uğurlarımız naminə  qalib Lider İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər də öz növbəsində fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.