YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni qələbələrin reallaşmasına səs verək”

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Kirən, Dondar Quşçu və Aşağı Quşçu kəndlərində  seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, İsmayıl Hüseynov və Sabir İsmayılov çıxış ediblər. Çıxış edənlər  ötən 20 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazandığını, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin  əhəmiyyətli dərəcədə gücləndiyini bildiriblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.