YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində və “Sədərək” Ticarət Mərkəzində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək hakimiyyətdə olduğu 20 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən geniş bəhs edib. Q.Əliyev  seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Qaradağ rayonunda fərdi görüşlər də keçirilib.