YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalq qalib Liderin ətrafında sıx birləşib

Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin  fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, təşviqat qrupunun üzvləri Taleh Şahsuvarlı, Sədrəddin Əkbərli, Təranə Kərimova, Nicat Hüseynov, Altay Babaşov, Novruz Quliyev, Əhliman Qarayev və Arzuman Muradlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq  Səbail rayonu üzrə müxtəlif ünvanlarda məhəlli və fərdi görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv