YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad rayonunda təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Sabirabad rayonunun Şəhriyar, Axtaçı, Xəlfəli, Çölbeşdəli, Zalqarağac və Surxayoba kəndlərində olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Əlizadə Əsgərli, Fəzail Cəfərov, Telman Qurbanov, Tursun Əzizov, Ərzuman Babaşov və Faiq Hüseynov çıxış ediblər. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən də ətraflı bəhs ediblər.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Sabirabad şəhəri H.Həmidov küçəsinin seçiciləri ilə fərdi görüşlər də keçirilib.