YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sabitlik və inkişafa səs verəcəyik”

Şamaxı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Şamaxı rayonunun Hacıqədirli, Çöl Göylər və Dağ Bağırlı kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov, təşviqat qrupunun üzvləri Ağarza Bayramov, Fuad Nəsirov, Rauf Qədirov, Əli Mahmudov çıxış ediblər.

Çıxışlarda son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlərin tam yerinə yetirildiyi, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan  Qarabağ münaqişəsinin kökündən həll edildiyi, torpaqlarımızın erməni işğalından azad olunduğu vurğulanıb.  Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib.

Seçicilər sabitlik və inkişafın davamına – qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.