YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın uğurlu və parlaq gələcəyinə səs verək!”

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Saatlı rayonunun Mollavazlı, Sarıcalar və Qazanbatan kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Milli Məclisin deputatı Əziz Ələkbərli, təşviqat qrupunun üzvləri Nicat Mütəllimov, Rüfət Hüseynov, Vüsalə Tağıyeva və Nuhəli Kərimov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial - iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində yaradıcı şəkildə uğurla  davam etdirilir. Həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları ölkəmizin tərəqqisinə, müasirləşməsinə xidmət edən uğurlu addımlardandır.  Məhz uzaqgörən və düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. 

Sonda çıxış edənlər tədbir iştirakçılarını 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.