YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqidən Zəfərə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Neftçala rayonunun Yeniqışlaq, Mikayıllı və Haqverdili kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Bədirə Niftalıyeva, Arif Bağırov və Gülqədəm Mirzəzadə çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən, habelə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, dövlət başçısı ölkəni tərəqqidən Zəfərə çatdırıb.

Natiqlər əminlik ifadə ediblər ki, xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.

Seçicilər də artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.