YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlıların seçimi xalqın qalib Lideridi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Tərtər rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının məsləhətçisi Şamo Qasımov, təşviqat qrupunun üzvü Tahir Bayramov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Qarabağın hər yerində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir. Qarşıdan gələn prezident seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsi əlamətdar bir hadisə olduğu vurğulanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.