YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözünə sadiq Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da YAP Ucar rayon təşkilatının qərargahında ilk dəfə səs verən seçicilərlə, eləcə də rayonun Boyat və Bağban kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rahib Rəsulov, Yaqut Zeynalova və Nurməmməd Tağıyev çıxış ediblər.

Çıxışlarda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazandığı, söz sahibinə çevrildiyi qeyd olunub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının qazanılan nailiyyətlərinin zirvə nöqtəsi olduğu deyilib.

Natiqlər seçiciləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar. 

Qeyd edək ki, həmin gün Qazyan kəndində və rayon mərkəzində seçicilərlə məhəlli görüşlər də keçirilib.