YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib ölkənin qalib xalqı olmağımızla fəxr edirik

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da İmişli rayonunun Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, Vətən müharibəsi qaziləri Kamandar İmanov və Aqil Qasımov, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Ziya Paşayev və Samir Həsənzadə çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs edərək vətəndaşları 7 fevral seçkilərində qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər isə ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin məhz cənab İlham Əliyev olacağına əminlik ifadə ediblər. 

DİGƏR Xəbərlər Arxiv