YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru

Sabirabad rayonunda təşviqat kampaniyası davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Sabirabad rayonunun Cavad, Həsənli, Əlicanlı, Zəngənə Yolçubəyli, Türkədi və Narlıq kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şixəliyev, təşviqat qrupunun üzvləri Əlizadə Əsgərli, Fəzail Cəfərov, Telman Qurbanov, Rəşad Qurbanov, Rövşanə Muradova və Faiq Hüseynov çıxış ediblər.

Natiqlər təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün etməsinə diqqət çəkiblər. Çıxışlarda cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən ətraflı bəhs edilib.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, həmin gün Sabirabad şəhəri H.Əliyev prospekti və M.Mirağaoğlu küçəsinin seçiciləri ilə fərdi görüşlər keçirilib.