YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq gələcəyə səs verək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Saatlı rayonunun Əbil, Cəfərxan, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov, Milli Məclisin deputatı Əziz Ələkbərli, təşviqat qrupunun üzvləri Adil Səfərov, Səmədağa Məmmədov, Zabit Süleymanov və Allahşükür Ağayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, bütün sahələrdə nailiyyətlər əldə edilib. 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarı da məhz Ali Baş Komandan İlham Əliyevdir.

Vurğulanıb ki,  qalib xalqın qalib Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında daha geniş üfüqlər açılıb: “Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq. Parlaq gələcək İlham Əliyev ilə gələcək!”