YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda seçicilərlə görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Qaradağ rayonu təşkilatında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, təşviqat qrupunu üzvləri Leyla Əsədullayeva, Aygün Mirzəyeva, Sənubər Fərhadova və başqaları çıxış ediblər.

 Görüşdə müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan və ölkəmizin möhtəşəm Zəfərindən geniş bəhs ediblər. Natiqlər qeyd ediblər ki, ölkəmizin gələcək inkişaf konsepsiyasının uğurla həyata keçirilməsi üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi zəruridir. Dövlətimizin başçısının ətrafında sıx birləşən xalqımız fevralın 7-də keçiriləcək prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, bu möhtəşəm siyasətin davamına səs verəcək.