YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın işıqlı gələcəyinə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Qax şəhəri və Qıpçaq  kəndinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, sədr müavini İlkin Abbasov, təşviqat qrupunun üzvləri Xalid Heydərov, Elmir Həşimli  çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkəmizi bütün istiqamətlərdə inkişafa aparıb.

Seçicilər qeyd ediblər ki, 7 fevralda Azərbaycanın işıqlı gələcəyi naminə YAP-ın namizədi cənab İlham Əliyevi birmənalı olaraq dəstəkləyəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.