YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Lider

Lənkəranlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da  Lənkəran rayonunun  Xolmili, Kənarmeşə, Şilim, Vel, Şıxakəran, Siyavar və Səpnəkəran kəndinin sakinləri ilə, eləcə də  Lənkəran şəhəri “Əskər Əliyev parkı” və “Arif Bağırov 14” ünvanında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Emin Quliyev, Güloğlan Bağırov və Şakir Qasımov çıxış ediblər.  Çıxışlarda Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər müstəqil Azərbaycanın ən böyük uğuru kimi dəyərləndirilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

Qeyd edək ki, təşviqat prosesini  ATƏT-in uzunmüddətli müşahidəçiləri Hans Christen və Andrey Osvaldda iştirak ediblər.