YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli siyasətin məntiqi nəticəsi

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-də Qazax rayonunun Birinci Şıxlı kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədr müavini Paşa Hadıyev, təşviqat qrupunun üzvləri Akif Əmirov, Bəsti Ələkbərova, Məhəd Vəkilov, Sevda Həsənova, Kazım Kazımlı, Elxan Abdullayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 ildə Prezident  İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində böyük uğurlara imza atılıb. Dövlət başçısının milli maraqlara əsaslanan siyasətinin hər bir azərbaycanlıda qürur hissi doğurduğu, Ordumuzun şanlı qələbəsinin məhz qətiyyətli siyasətin məntiqi nəticəsi olduğu vurğulanıb.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.