YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Ucar rayonunun Bərgüşad kəndində seçicilər ilə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədr müavini Nuru Piriyev, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rahib Rəsulov və Bəxtiyar Yunusov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, builki prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Təşviqat qrupunun üzvləri vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.