YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə davamlı yüksəlişə!

Zəngilanlı seçicilərlə görüşlər davam etdirilir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də zəngilanlı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abasova və təşviqat qrupunun üzvü Hətəm Zeynalov çıxış ediblər. Natiqlər bütün seçiciləri  7 fevralda   Azərbaycan xalqına Zəfər bəxş edən qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.