YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli siyasət!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Nizami rayonunda seçicilər ilə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Mərkəzi təşviqat qrupunun üzvü Əli Əmirli, qazi Teymur Kərimli və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Prezident İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarixini yazıb və yaradıb.

Seçicilər də öz növbəsində hər bir azərbaycanlının Prezidenti olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.