YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalalıların seçimi bəllidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Neftçala rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Gənclər Birliyinin üzvü Nərmin Qocaman, təşviqat qrupunun üzvləri Elnar Məmmədli, Akif Kərimov, Nəcibə Abdullayeva və Şərabanı Əhmədova çıxış ediblər.

Çıxışlarda Azərbaycanın ötən illər ərzində qazandığı nailiyyətlərdən geniş bəhs ediblər. Vurğulanıb ki, Azərbaycanın dinamik inkişafı əhalinin gəlirlərinin artmasına, rifahının yaxşılaşmasına müsbət təsir göstərib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dövlətimizin, Ordumuzun qüdrətini təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində öz hüquqlarından istifadə edərək seçkilərdə fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.