YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq növbəti dəfə qalib Liderinə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Naxçıvan şəhərinin Nizami, Yunis Cabbarov küçələri, Atabəylər məhəlləsi və Heydər Əliyev prospektində yaşayan seçicilərlə məhəllə görüşləri keçirilib.

Çıxışlarda bildirilib ki, 7 fevralda keçiriləcək prezident seçkiləri Azərbaycan xalqının iradəsinə söykənir.  

Natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalq böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə də cənab İlham Əliyevə səs verəcək.