YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev xalqın etimadını layiqincə doğruldub!

Sabirabadda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Sabirabadda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Mirzəyev, Fəzail Cəfərov, Gülandam Səmədova, Ərzuman Babaşov, Nicat Əliyev, İradə Əliyeva və Faiq Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, ötən 20 ildə müasir həyatımızın bütün sahələrində qazandığı uğurlara nəzər saldıqda bir daha əmin oluruq ki, cənab İlham Əliyev Prezident vəzifəsində xalqın etimadını layiqincə doğruldub.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və Qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.