YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçimimiz Qarabağa Azərbaycan bayrağını sancan sərkərdəmizdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Qusar rayonunun Yuxarı Qələnxur, Yuxarı Tahircal və Zuxul  kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, təşviqat qrupunun üzvü General Sadulov çıxış ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  ötən 20 ildə ölkənin bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımızı azad edərək xalqımızın ən böyük arzularını gerçəkləşdirib.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də xalqın etimadını qazanan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.