YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə zəfərlərdən-zəfərlərə!

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Qazax rayonunun Cəfərli, Bala Cəfərli və Xanlıqlar kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Xatın Hüseynxanova, Cavanşir Rüstəmov, İsgəndər Qurbanov, Müqabil Məmmədov çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev 2003-cü ildən etibarən xalqımızın milli maraqları naminə müstəsna xidmətlər göstərib, Azərbaycan ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş qüdrətli bir dövlətə  çevrilib.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatıb.