YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın uğur rəmzi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-da Lerik rayonunun Qosmalian, Mistan və Kələxan   kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun Elxan Qənbərov, Gültəkin Şıxəliyeva, Veysəl Məlikov və Elxan Əliyev çıxış ediblər. Natiqlər müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi nailiyyətlər əldə etməsindən, son 20 ildə ölkəmizin qlobal miqyasda artan nüfuzundan bəhs ediblər.

Çıxış edənlər seçiciləri  fevralın 7-də Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə  səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, təşviqat qrupunun üzvləri Gültəkin Şıxəliyeva və Elxan Əliyev seçicilərlə fərdi görüşlər  də keçiriblər.