YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunun Şağan qəsəbəsində seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Xəzər rayonunun Şağan  qəsəbəsində  yaşayan  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və təşviqat qrupunun üzvləri çıxış ediblər. Çıxışlarda ölkə rəhbəri İlham Əliyevin siyasətinin uğurlarından geniş bəhs ediblər. Natiqlər seçiciləri  7 fevralda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.