YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir vətəndaş seçkilərdə fəal iştirak etməlidir

Ağdaş rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, təşviqat qrupunun üzvləri Sakit Rəsulov, Vüqar Əliyev, Aygün Mahmudova və Azadə Kərimova çıxış ediblər. Çıxışlarda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı misilsiz uğurlarından geniş bəhs edilib. Son 20 ildə təhsil sahəsində görülən işlərdən də söz açılıb. Ölkəmizdə yüksək intellektli  və vətənpərvər ruhda gənc nəslin yetişdirildiyindən danışan natiqlər möhtəşəm Zəfərimizin qazanılmasında gənclərin rolundan bəhs ediblər.

Çıxış edənlər hər bir seçicini prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.