YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf və yüksək sosial rifah gətirən siyasətin davamına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Qubadlıdan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Zakir Qasımov, müharibə veteranı Təyyar Eminov və şəhid ailəsinin üzvü Rəhminə Mehtiyeva çıxış  ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyevin apardıgı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsində və antiterror əmaliyyatında qazanılan qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsində qızıl hərflərlə əbədi yazılacaq. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Cənab İlham Əliyev verdiyi bütün vədləri yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib.

Natiqlər diqqətə çatdırıblar ki, ötən 20 ildə qazanılmış tarixi nailiyyətlər fonunda xalqımızın qarşıdan gələn seçkilərlə bağlı seçimini proqnozlaşdırmaq çətin deyil. Xalq ona inkişaf və yüksək sosial rifah gətirən, torpaqlarımızı işğaldan azad edən, Azərbaycanı qüdrətli dövlətə çevirən və gələcək inkişafının təminatçısı olan siyasətin davamına səs verəcək. 

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini vurğulayıblar.