YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə davam!

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Qazax rayonunun Alpout, Abbasbəyli və Fərəhli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlər Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Fərhad Qocamanov, Cavanşir Rüstəmov, Barat Alıyev, Sevda Həsənova, Pəri İbrahimova, İsgəndər Qurbanov, Qədir Əfəndiyev və Elxan Abdullayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə dövlət, xalq üçün misilsiz işlər görüb. Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.

Natiqlər əminliklə bildiriblər ki, bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, qələbələrə imza atacaq.

Görüşləe Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.