YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin bütün fəaliyyəti Azərbaycanın uğurlu inkişafına xidmət edib

Neftçala rayonunun Aşağı Qaramanlı, Qədimkənd, Astanlı və Kürqarabucaq kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Neftçala rayonunun Aşağı Qaramanlı, Qədimkənd, Astanlı və Kürqarabucaq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Valeh Tağıyev, Bahəddin Leysanov və Gülqədəm Mirzəzadə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin bütün fəaliyyəti Azərbaycanın uğurlu inkişafına xidmət edib. Məhz cənab İlham Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizdə təhlükəsizliyə və tərəqqiyə nail olunub. Azərbaycanın sabitlik adasına çevrilməsi investisiya mühitinin və qarşılıqlı etimadın möhkəmlənməsinə gətirib çıxarıb. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nüfuzu və təsir imkanları hal-hazırda çox yüksəkdir.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasnı tarixi hadisə adlandırıblar. Bildirilib ki, son iki əsrdə Azərbaycan tarixində buna bənzər qələbə olmayıb.

Görüşün sonunda seçicilər çıxış edib, cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.