YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşıqlı və parlaq gələcəyə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Saatlı rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Elşən Əzizov, Sədafər Hüseynov, Nuhəli Kərimov, Əlimusa Əliyev və Vüsalə Həsrətova çıxış ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində xalqımızın rifahı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Bu istiqamətlərdə mühüm uğurlar əldə olunub. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Azərbaycan dövləti daim öz vətəndaşlarına qayğı ilə yanaşır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.   

Seçicilər ölkəmizin daha da yüksək səviyyədə inkişafı və xalqın maddi rifahının daim yüksəlməsi naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv