YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu gələcəyimizin təminatı naminə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Şəki rayonunun Oxud və Baş Kəldək kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, sədr müavini Ziya Vəliyev, təşviqat qrupunun üzvləri Qüdrət Babayev, Sədrəddin Bədiyev, Qorxmaz Balakişiyev, Nərbala İslamov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyevin məqsədyönlü siyasəti xalqımızın işıqlı gələcəyinin təminatıdır. Son 20 il ərzində Azərbaycan inkişaf tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib.

Qeyd olunub ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.

Bildirilib ki, ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək 7 fevral seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Çıxış edənlər Şəki sakinlərini prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.