YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalqın seçimi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-də Balakən rayonunun Şambul və Sarıbulaq kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təbliğat qrupunun üzvləri Xanım Zurnayeva, Maqsud Bazarov və Birinci Qarabağ müharibəsi qazisi Nazim Urkayev çıxış ediblər.  Natiqlər dövlətimizin inkişaf yolunda inamla irəlilədiyini qeyd edərək yeni dövrdə bu inkişafı daha da sürətləndirmək üçün seçiciləri fəal olmağa, cənab İlham Əliyevi dəstəkləyərək, Onun ətrafında sıx birləşməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.