YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı sabitlik naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Sabirabad rayonunun Qlaqayın və Balakənd kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Ərzuman Babaşov, Rəşad Qurbanov, Ülviyyə Şıxəliyeva, Telman Qurbanov, Faiq Hüseynov, Xanoğlan Əsgərov, Tural Hüseynzadə və Nicat Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı 20 il öncə cənab İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirib.

Natiqlər əminliklə bildiriblər ki, seçicilər bu dəfə də doğru seçim edərək Azərbaycanın uğurlu gələcəyinin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.

Seçicilər də öz növbəsində cənab İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri ilk dəfə səs verəcək seçicilərlə də görüş keçiriblər.