YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikli seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Lerik rayonunun Vizəzəmin kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Milli Məclisin deputatı İqbal Məmmədov, təşviqat qrupunun üzvləri Elnur Məmmədov, Elxan Qənbərov, Cəlil Baxşiyev, Veysəl Məlikov  və Elxan Əliyev çıxış ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və 7 fevralda hamılıqla seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən Vizəzəmin kənd seçiciləri ölkəmizin inkişafı, daha da qüdrətlənməsi naminə İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.