YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd seçicilərilə növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Xocavənd rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri Telli Alıyeva, Tahirə Balakişiyeva çıxış ediblər. Çıxış edənlər  bildiriblər ki, Ali Baş Komandan İlham Əliyev qalib xalqın Müzəffər Lideridir. Natiqlər vurğulayıblar ki, Azərbaycan xalqı fevralın 7-də Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək yeni zəfər tarixlərinin yazılmasına səs verəcəklər.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.