YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnamla addımlayırıq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Binəqədi rayonunda seçicilərlə - şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Əziz Axundov, şəhid atası Şahin Sadıqov, qazi Zakif Abbasov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, “Zəfər seçki”si kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunmasının daha bir göstəricisidir.  Bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevin xalqına olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir: “Cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək möhtəşəm uğurlara doğru inamla addımlayırıq”.

Seçicilər də zəfərlərin davamının gələcəyinə əminlik ifadə edib, cənab İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Xocasən qəsəbəsində yaşayan seçicilərlə də görüşüb.