YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçuda qadın seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov,  təşviqat qrupunun üzvləri Günel Səfərova, Nərgiz Babayeva və Şəhla Məmiyeva iştirak ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət göstərib. Respublikamızda gender siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Çıxış edən natiqlər seçiciləri seçkilərdə fəal iştirak etməyə və partiyamızın Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qadın seçicilər də fikirlərini ifadə edərək bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv