YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Liderə olan tükənməz sevgi və sonsuz etimad!

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Qazax Olimpiya İdman Kompleksində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Mərkəzi Təşviqat Qrupunun üzvü Firdovsi Umudov, təşviqat qrupunun üzvləri Bəsdi Ələkbərova, Pəri İbrahimova, Fərhad Qocamanov, Xatın Hüseynxanova, Elxan Abdullayev, Məmməd Yusifov, Kazım Kazımlı çıxış ediblər. Natiqlər böyük əminliklə bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində rayonunun bütün seçiciləri, xüsusilə gənc seçicilər fəal iştirak edəcək və həmişə olduğu kimi haqqa, ədalətə, Heydər Əliyev siyasi kursuna, müstəqil Azərbaycanın firavan  gələcəyinə - Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə  səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.