YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlhamla zəfərlərdən-zəfərlərə doğru!

İmişli rayonunun Oruclu və Ağaməmmədli kəndlərində seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də İmişli rayonunun Oruclu və Ağaməmmədli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Əlimirzə Şirinov, Ziya Paşayev, Samir Həsənzadə və Fərid Əfəndiyev çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 ildən artıq bir dövr ərzində müstəqil dövlətimizi bütün istiqamətlər üzrə böyük addımlarla və qətiyyətlə irəli aparıb. Ən başlıcası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ilə Azərbaycanın əsas problemi olan Qarabağ düyünü qəti şəkildə və birdəfəlik həll edilib.

Seçicilər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin məhz cənab İlham Əliyev olacağına əminliklərini ifadə ediblər.