YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözümüz imzamızdır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Goranboy rayonunda seçicilərlə növbəti görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri İlhamə Qasımova, Solmaz Baxşəliyeva, Ülkər Hümbətova, Nürəddin Həsənov, İsgəndər Səklikov, Azad Əhmədov, Göyüş Nağıyev və  İbrahim Həsənov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin qazandığı uğurlardan bəhs edilib. Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəmizə parlaq qələbə bəxş edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.