YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər doğru və müdrik seçim edəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Gəncə şəhərində seçicilərlə növbəti görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP İdarə Heyətinin üzvləri - partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Ramil Qasımov, Pərvanə İmamquluyeva, Hüseyn Budaqov, Cavid Bağırov, Eldar Mehdiyev və başqaları çıxış ediblər.

Natiqlər qalib və qüdrətli Azərbaycanın uğurlarının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan qalib Liderin qətiyyətli iradəsi nəticəsində Zəfər ölkəsinə çevrilib. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, Dövlət Bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır.

Natiqlər qətiyyətlə bildiriblər ki, “Zəfər seçki”sində qədirbilən xalqımız fəal iştirak edərək doğru və müdrik seçim edəcək, ölkəmizi qələbədən-qələbəyə aparan ən layiqli namizəd cənab İlham Əliyevə səs verəcək.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni Asəsləndirilib.