YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenilməz iradə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, partiyanın Mərkəzi təşviqat qrupunun üzvü Rəna Mirzəzadə, təşviqat qrupunun üzvləri Mərziyyə Nəcəfova, Fuad Məmmədov, Leyla Hüseynova və Qurban Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Onun rəhbərliyi ilə 20 ildir həyata keçirilən uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Cənab İlham Əliyevin liderlik qabiliyyəti və dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişib. “Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı Zəfər zirvəsinə yüksəldib” deyən natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə, qalib Lideri dəstəkləməyə çağırıblar.