YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçaylılar daha böyük zəfərlər naminə cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Göyçay rayonunun Qızılağac, Mollahacılı, Şəkili, Kürdşaban, Yenikənd  kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, partiyanın Veteranlar Şurasının üzvü Nazim İsmayılov, qazi Samir Süleymanov, təşviqat qrupunun üzvləri Pərviz Yəhyalı və Namət Şirinov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 20 ildə əldə edilən uğurlardan, qazanılan tarixi Zəfərdən, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs edilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və daha böyük zəfərlər naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.