YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ağstafa rayonunun Aşağı Kəsəmən, Kolxəlfəli kəndlərində seçicilərlə, Xətai kəndində və Ağstafa şəhərində şəhid ailələri, sakinlərlə görüş keçirilib.

Əvvəlcə Kolxəlfəli kəndində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət olunub, abidənin önünə tər gül dəstələri düzülüb.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Məmməd Məmmədov, Qəfilə Əsgərova, Ləman Cəlilova, Sahib Salıfov, Həcər Namazova, Şəfəq Heydərli, Canpolad Yusifov, Yeganə Əhmədova, Şəfəq Cəlilova, Xuraman Əzimova, Asif Qənbərov, Alı Mehdiyev, Yalçın İsmayılov və Azər Məmmədov çıxış edərək bildiriblər ki, yeni əsrin yeni Lideri İlham Əliyev ötən 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib. Bu gün Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Dövlət başçısının gördüyü işlər, həyata keçirdiyi uğurlu layihələr onun bu seçkilərdə böyük üstünlük qazanacağına dəlalət edir.

Natiqlər rayon sakinlərini seçkilərdə fəal iştirak edərək cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.